Firdovsi, Xəyyam, Hafiz, Nizami, Füzuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyət xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüzillərdir əhəmiyyət və təsirini itirməyərək oxucularına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
Həqiqət və gözəllik aşiqi Sədi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, hətta müəyyən baxımdan inqilab etmiş nəhəg sənətkardır.
Bu kitaba didaktik poema janrının parlaq nümunəsi olan “Bustan”ı ilə yanaşı, böyük şairin özündən sonrakı bütün əsərlərdə Yaxın və Orta Şərq xalqlarının çox sevdiyi kitablardan biri olub, uzun illər dərslik kimi istifadə olunan və dünyanın mədəni xalqlarının dillərinə çevrilən “Gülüstan”ı, eləcədə bir sıra lirik əsərləri – qəsidə, rübai, qəzəl və qitələri daxıl edilmişdir.