Proqramda Molla Nəsrəddinin 305 ədəd lətifəsi yıgılmışdır. Proqram Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilmiş "MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ" kitabının əsasən hazırlanmışdır.
Uyğur elindən Serbiyayadək böyük bir ərazidə geniş şöhrət tapmış,duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqınrəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşarıdır. Molla Nəsrəddin lətifələri dövrün haqsızlıqlarına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna,
ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur.
Molla Nəsrəddin lətifələri
ADI:
Molla Nəsrəddin lətifələri
REYTİNQ:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
732 KB
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ
Rəy yaz