Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" ədəbi məktəbinin və tənqidi realizmin banisi, "Molla Nəsrəddin" jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932) əsərlərinin birinci cildinə ədibin nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil edilmişdir. Cilddə 3 dram əsəri, 16 satirik şeir və 2 tərcümə nümunəsi ilk dəfə oxuculara təqdim olunur.