Görkəmli Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru, eyniadlı ədəbi məktəbin banisi Cəlil Məmmədquluzadənin əsərlərinin ikinci cildinə böyük demokrat ədibin 1906-1914-cü illərdə çap olunmuş publisistikası daxildir.
Bu cilddə tanınmış qələm sahibinin 76 felyetonu ilk dəfə olaraq oxuculara təqdim edilir. Əvvəl nəşr olunmuş çoxcildliklərində Cəlil Məmmədquluzadəyə aid edilmiş, lakin məxsusluğu isbat edilməmiş bəzi publisistika nümunələri isə cilddən çıxarılmışdır.