Eşq və gözəllik nəğməkarı Məsihinin bədii irsi yüz min beytdən artıqdır. Onun yaradıcılığı Azərbaycan yazılı və şifahi ədəbiyyatı ənənələri əsasında kamala çatmışdır. Nəvaini özünün ustadı sayan şair öz ulu sələfi Füzuli kimi qəzələ üstünlük verərək, şairanə duyğu və düşüncələrini bu kiçik formada əks etdirməyi məqsədəuyğun saymışdır.
Bununla yanaşı Məsihi ədəbiyyatımız tarixində daha çox "Vərqa və Gülşa" poemasının müəllifi kimi tanınır. Bu əsər ideya-bədii gözəlliklərinə görə XVII əsr milli ədəbiyyatımız tarixində yeni ədəbi hadisə idi.