KitabYurdu » Kitab » Ədəbiyyat » Mir Cəlalın Aforizmləri


Şeçilmişlər Mir Cəlalın Aforizmləri

Mir Cəlalın Aforizmləri PDF
ADI:
Mir Cəlalın Aforizmləri
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.71 Mb
Bu kitabda oxucular böyük yazıçı, alim və pedaqoq Mir Cəlalın bizə ədəbi miras qoyduğu, çətin anlarda köməyimizə çatan, qaranlıq yolumuzu işıqlandıran müdrik kəlamları ilə tanış ola bilərlər.
Kitab filologiya fakultəsinin müəllim və tələbələri, aspirant və dissertantlar, ümumiyyətlə geniş oxuyucu kütləsi üçün nəzərdə tutulmuşdur.
YAZIÇI MİR CƏLAL,ŞAİR MİR CƏLAL Müdriklərin fikrincə, “bəşəriyyətin ənböyük hikmətlərindən, insan şüurunun ənböyük kəşflərindən biri sözdür. Müqəddəs kitablar – söz, dövlətləri çiynində saxlayan qanunlar - söz, hikmət, fəzilət də sözdür. Dünyanın adı bilinən və bilinməyən hər ölkəsindən, tarixin hər dövründən süzülüb gə-lən işıq da sözdür”. İnsan söz vasitəsilə keçmişlə, gələcəklə əlaqə saxlayır, öz düşüncə və duyğularınıtarixin, zamanın yaddaşına yazır. Bədii sözsonu görünməyən bir okeandır ki, dil vasitələribu okeanın içərisində üzür, söz sərrafları bədii əsərin mövzusu, obrazların canlılığı üçün həmin ifadə vasitələrindən uyğun olanını seçir, obrazlarını rəngləyir, təzahür imkanlarının obrazlılıq sistemini yaradırlar. Azərbaycan nəsrinin görkəmli simalarından Mir Cəlal əsl istedad sahibi olmuşdur. Əsl istedadlarda, dahilərdə isə hər şey sadə, saf və səmimidir. “Dahilər bəşəriyyətin sərlövhəsidir”,– deyirlər. “Mir Cəlal XX əsr Azərbaycan nəsrinin, XX əsr Azərbaycan ədəbiyyatının sərlövhəsidir”, - desək yanılmarıq. Çünki Mir Cəlal heç zaman özünü insanlardan yüksəkdə tutmamış, həmişə insanlarlabir yerdə, bir sırada olmuşdur.