KitabYurdu » Kitab » Ədəbiyyat » Klassiklər və müasirlər söz müstəvisində


Şeçilmişlər Klassiklər və müasirlər söz müstəvisində

Klassiklər və müasirlər söz müstəvisində PDF
ADI:
Klassiklər və müasirlər söz müstəvisində
REYTİNQ:
  • +27
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
1.6 Mb
Salidə Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusunda ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir nəsr, həmçinin müasir poeziyanı əhatə edən tənqidi və elmi məqalələr ədəbiyyatın təşəkkül və formalaşma prosesini əks etdirir. Milli ədəbiyyatımızın və onun aktual problemlərinin əks etdirilməsi müxtəlif alim və söz xiridarlarının yaradıcılıqları əsasında həyata keçirilmişdir. Milli ədəbiyyatımızın tarixi təkamül prosesindəki konkret imkanlarını, klassik ənənələrin spesifik xüsusiyyətlərini, çoxəsrlik ənənələrin üzə çıxarılmasını əhatə edən məqalələr ədəbiyyatşünaslıq üçün gərəklidir və müxtəlif dövrlərdə mətbuatda nəşr edilmiş və elmi dairələrdə səsləndirilmişdir. S. Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusundakı problemli məsələlərə yeni yanaşması və nəticələrin elmipraktiki əhəmiyyətliyi ilə seçilən məqalələr Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan da, məqalələr toplusunun yeniliyini nəzərə alaraq, elmi dairələr və ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 25 iyun 2018-ci il tarixli iclasının (9 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, «Əməkdar elm xadimi» (1999), «Şöhrət» ordeni (2007), «Şərəf» ordeni (2009) mükafatları laureatı İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığında xidmətləri olan fədakar alimlərimizdəndir. Akademik İ. Həbibbəyli elmi fəaliyyətində Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına aid vacib bir sıra problemlərə daha geniş yer ayırmışdır. İsa Həbibbəyli tədqiqatlarında Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrinin mənimsənilməsi və ədəbiyyatdan Azərbaycan xalqına qarşı istifadə edilməsi ilə mübarizə aparıcı yer tutur. Xüsusi qeyd etmək lazımdır ki, bu sahədə İ. Həbibbəylinin fəaliyyəti onun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri və AMEA-nın akademik adı alması anından onilliklər əvvəl başlamışdır. Akademik İ. Həbibbəylinin Azərbaycan bədii irsini qoruması cəhdləri onu, bir tərəfdən Orta əsr Azərbaycan yazarların yaradıcılıqlarını hərtərəfli təhlilinə (ədəbiyyat məsələləri ilə yanaşı fəlsəfi problemlərin təhlili), digər tərəfdən isə Orta əsr Azərbaycan ədəbiyyatının müasir Azərbaycan ədəbiyyatı ilə əlaqələrinin tədqiqinə sövq etmişdir. Akademik İ. Həbibbəyli ədəbiyyat vasitəsilə Azərbaycan 7 tarixinin süni dəyişdirilməsi ilə də mübarizə aparır. Müasir Azərbaycan ədəbiyyatının mövzu problemlərini araşdırması zamanı İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyev obrazının ədəbiyyatda əksinə və vətənpərvərlik lirikasının əhəmiyyətinə önəmli diqqət yetirmişdir. Akademik İ. Həbibbəyli Azərbaycan ədəbiyyatında cərəyan və janrların inkişafının, ədəbiyyatşünaslığın və ədəbi tənqidin tədqiqinə elmi əsərlərində geniş yer ayırmışdır. İsa Həbibbəyli Müstəqil Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrin, keçdiyi inkişaf mərhələlərin tədqiqinə xüsusi diqqət yetirmişdir.