KitabYurdu » Kitab » Ədəbiyyat » Dionisin qələbəsi


Şeçilmişlər Dionisin qələbəsi

Dionisin  qələbəsi PDF
ADI:
Dionisin qələbəsi
REYTİNQ:
  • +29
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
618 Kb
“Dionisin qələbəsi” hekayələr toplusunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl Qələm» mükafatı laureatı, Rusiya Yazıçılar İttifaqının Q.R. Derjavin adına ordeni və M.A. Şoloxov adına beynəlxalq mükafatı laureatı, Rəsul Rza adına Ədəbiyyat Fondunun “Rəsul Rza” adına mükafatı laureatı, «Əriyən şam» hekayələr toplusunun müəllifi Salidə Şəmmədqızının müxtəlif illərdə qələmə aldığı hekayələri toplanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti Şərifova Salidə elmi fəaliyyətlə peşəkar şəkildə məşğul olur. Eyni zamanda Şərifova Salidə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, «Əriyən şam» hekayələr toplusunun müəllifidir. Halhazırda isə onun «Dionisin qələbəsi» ikinci hekayələr toplusu kimi oxuculara təqdim edilir. «Dionisin qələbəsi» hekayələr toplusuna daxil edilmiş əsərlərin ümumi cəhətini xüsusi vurğulamaq lazımdır. Topluya daxil olan əsərlər bədii yaradıcılıq haqqında hekayələrdir. Topluda əsərlərin süjet xətti yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında qurulur. Hekayələrdə ədəbiyyatşünaslığın bir sıra problemləri ətrafında bədii formada fikir mübadiləsi ətraflı işıqlandırılmışdır. Hekayələr Azərbaycan ədəbiyyatında populyarlıq qazanmış sənətçi, yaradıcı, mədəniyyət haqqında bədii nəsr əsərləri, yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında süjet xətti qurulması və kamil yaradıcı şəxsiyyətlərin obrazlarının təqdimi ilə maraq doğurur. Ədəbiyyatda əksini tapan sənətkar obrazları dünya ədəbiyyatında «sənətkar haqqında roman» (Künstlerroman) anlayışının, yəni sənətçilərin, yaradıcı insanların, konkret olaraq isə mədəniyyət və elm haqqında bədii nəsr nümunələrinin formalaşmasına səbəb olmuşdur. «Dionisin qələbəsi» toplusuna daxil edilmiş əsərlərin «sənətkar haqqında hekayələrə» və postmodern ədəbiyyatına aid olması haqqında tezisləri irəli sürmək olar. «Dionisin qələbəsi» toplusuna daxil edilmiş hekayələr sərt realizm ilə seçilirlər. Toplunun bədii üslub baxımdan əsas xüsusiyyətlərindən biri də bu realizmin satirik formada verilməsidir. Müəllif təsvir etdiyi hadisələri, kəskin problemləri bir sıra epizodlarda satirik üslub vasitəsilə absurd dərəcəsinə çatdırır. Əvvəlcədən proqnozlaşdırmaq olar ki, bu metodika bədii dairələrdən olan bir qrup oxucuların mənfi reaksiyasına səbəb olacaq. Müəllifin bu reaksiyadan çəkinməməsini xüsusi vurğulamaq olar. «Dionisin qələbəsi» hekayələr toplusunda avtobioqrafik hallar özünü göstərsə də, biz hadisələrin təsvirində, müəllifin bədii üslubunda, yazı manerasında, mövzuya yanaşmasında, məzmun dərinliyində dahi ədibimiz M.Ə. Sabirin sarkazmına qəribə yaxınlıq duyuruq. Hekayələrdə satirik təhkiyə formaları ön plana keçir, bu hekayələrdə ədəbiy- Salidə Şəmmədqızı 6 yat sahəsində baş verən hadisələr yalnız satirik vasitə olaraq cəlbedici predmet kimi özünü göstərir. Azərbaycan ədəbiyyatında «Dionisin qələbəsi» toplusu uğurlu janr təcrübəsi kimi qiymətləndirilməlidir. Toplu Azərbaycan ədəbiyyatının janr sisteminin rəngarəngliyinə atılan yeni bir addımdır. Hekayələrin janr xüsusiyyətlərini və problematikasını nəzərə alsaq toplunun ilk növbədə, ədəbiyyatşünaslıqla əlaqəli olan oxucular arasında daha çox maraq doğuracağını ehtimal etmək olar. Bununla da, müəllifin postmodernin trendlərinə riayət etməsini müşahidə edirik – intellektual elitaya ünvanlanmış əsərlərin yaradılması.