KitabYurdu » Kitab » Ədəbiyyat » Günay Talıblı (Rəcəbova) Divanə


Şeçilmişlər Günay Talıblı (Rəcəbova) Divanə

Günay Talıblı (Rəcəbova) Divanə PDF
ADI:
Divanə
REYTİNQ:
  • +51
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
03.06.2018
ÖLÇÜSÜ:
1.1 Mb
Həyat rəngarəng balıqların yaşadığı okean dibinə, ya da akariuma bənzəyir. Belə bir aləmdə ən maraqlı hadisələrin yaddaşlarda yaşaması üçün bu akvariumdakı balıqları biraz eşq hissi ilə yemləmək lazım olur. Bu hiss kimə qismət olacaqsa, artıq onu Yaradan bəlirləyir. "Divanə"nin qəhrəmanı da Yaradanın yaratdığı rəngarəng akvariumdakı qismətinə eşq yazılan bəlirlənmiş "balıq"lardan biridir. Əsərdəki hadisələr tamamilə real həyat hadisələrinə əsaslanır. Oxuyan hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Günay Talıblı

Dünya yaranandan bu günə kimi dəyişən insan psixologiyası üçün dəyişməyən tək bir hiss vardır – onun adı eşqdir. Münasibətlər dəyişər, situasiyalar dəyişər, yoldaşlıqlar dəyişər, qohumluqlar dəyişər – hər şey zamanla bir dəyişkənliyə məruz qalar. Lakin qəlbin səsi və daxili dünyaların keçirdiyi hisslər hər zaman eyni və stabil qalar. Çünki ürək bu əbədi duyğunun ömürlük məhkumudur, düşünürəm ki. Buna görə də eşq yeganə mövzudur ki, oxucu gözündə hər zaman aktuallığını qorumağı bacarmışdır. Mənim sizlərə təqdim etdiyim “Divanə” povesti real həyatda baş vermiş hadisələrə əsaslanan məlumatlar fonunda ərsəyə gəlmişdir. Belə ki, bu dünyada sevib qovuşa bilməyən minlərlə insandan yalnız birinin həyat hekayəsini qələmə almaq mənə də nəsib olmuşdur. Bu əsər süd vəzisinin xərçəngindən əziyyət çəkən qəhrəmanımın yaşadığı ağrı-acıları, iztirab və qorxuları, ən əsası isə, öz qaranlıq dünyasını ifadə edir. Mənim düşüncəmdə qəhrəmanım bir“cəsarət etalonu”dur. Çünki insanlar hamısı nə bu dövrdə, nə keçmiş dövrdə, nə gələcək zamanda – heç bir halda, səmimiyyət və cəsarətlə öz daxili dünyalarını cəmiyyətə sərgiləyə bilmirlər. Ona görə də bunu edənlər, mənim alə- 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi insanlar sırasındadır. Real həyatda Həsən və Mətanət adları ilə tanınan bu insanların əsərdə adları şərti olaraq dəyişdirilmişdir. Bu qadının gəncliyində yaşadığı sevgisini indiyə kimi qəlbində yaşatması, hətta deyərdim ki, bu eşqi böyük bir dünyaya çevirməsi təqdirəlayiq bir hal və insanlıq adına böyük bir nailiyyətdir. Çünki o, nə özünü, nə də digərlərini aldatmadan dürüst bir şəkildə yaşadı bu həyatı… Bəzi sevgi hekayələri heç vaxt bitmir…Ümid edirəm ki, “Divanə” oxucuların nəzərlərində dərin iz buraxan əsl eşq hekayəsi, ibrətli konspekt olacaqdır.
Firuzə
yazan əlinizə qolunuza urəynizə sağlıq ❤
  • 12 yanvar 2019 23:15
  • Status: İstidafəçi xətdə deyil
Агаев Рашид
Oxudum. Çox bəyəndim. Çox gözəl. Altayla Mələk xanım qovuşa bilsəydilər yaxşı olardı




  • 12 yanvar 2019 23:21
  • Status: İstidafəçi xətdə deyil
Gunay Talibli
Çoxsağol, bacı rəyin üçün. Bəli yaxşı olardı qovuşsaydılar. Amma onları əsərdə qovuşdura bilməzdim. Əgər real hıyatda görüşsələr, bəlkə davamını yazaram inşallah?
Sitat: Агаев Рашид
Oxudum. Çox bəyəndim. Çox gözəl. Altayla Mələk xanım qovuşa bilsəydilər yaxşı olardı







Sitat: Firuzə
yazan əlinizə qolunuza urəynizə sağlıq ❤
Siz də oxuduğunuz və rəy bildirdiyiniz üçün çoooxsağolun?
  • 13 yanvar 2019 22:04
  • Status: İstidafəçi xətdə deyil
Qonaq Altun
Cox isterdim bu kitabi oxuyum
  • 14 may 2021 01:56
  • Status: