KitabYurdu » Kitab » Ədəbiyyat » Nemət Mətin - Ədəbiyyat və kütlə


Şeçilmişlər Nemət Mətin - Ədəbiyyat və kütlə

Nemət Mətin - Ədəbiyyat və kütlə PDF
ADI:
Əədbiyyat və kütlə
REYTİNQ:
  • +40
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
869 Kb
"Ədəbiyyat və kütlə" kitabı publisistik yazılardan və bir hekayədən ibarət kitabdır. Qısa məqalələr, dünya ədəbiyyatı üzərindən həyata baxış və olmuş hadisələrə əsaslanmış, sonu isə fantastika ilə bitən hekayə.
Sakit çöküş Kitab oxumaqdan başqa işlə məşğul olmayan insanlara nifrət edirəm. Təkcə kitab oxumaq görməmişliyin, simicliyin əlamətidir. Ancaq kitab oxuyub başqa heç nə etməyən insanlar oxuduqlarını anlamayanlardır. Onlar xəsis olduqları üçün heç kimlə fikir bölüşmür, tənhalığı sevir və macəra axtarmırlar. Şablon həyat sürməyə üstünlük verirlər. Onlara “intellektual qullar” deyirəm. Aşıb daşan bilikləri özündə saxlamaq özünə və cəmiyyətə qarşı atacağın ən çirkin addımdır. Fikirlərini bölüşmək kiməsə mənəvi dəstək olmaqdır. Fikir bölüşmək hansısa problemin həllində ciddi vasitədir. Öyrətməyə çalışmayan intellektual qul illərlə rəfdə qalan kitaba bənzəyir. Onu toz basmış, vərəqlərisaralmışdır. Müntəzəm kitab oxumaqla hər hansı bir incəsənət növünə töfhələr vermək olar. İdeya bolluğundan maksimum yararlanmaqla bəşəriyyət üçün xeyirli işlər görmək mümkündür. Domingezin "Kağız ev" əsərindəki əsas obraz kimi kitabdan ev tiksən də başına uçacaq. Xırdalıqlara varıb böyük işlər görə bilməyəcəksən. Tolstoy kimi uşaqlara dərs deməyəcəksən. Öz biliyin öz içində iylənəcək və səni məhv edəcək. Eynəyinin qalın şüşələri arxasından zəifləmiş gözlərin həyat gözəlliklərini görməyəcək. Sən artıq heç bir gücə sahib olmayacaqsan. Sısqa bədəninlə özünü belə qoruya bilməyəcəksən. Kitab oxuyanlar oxumayanlardan bir şeylə fərqlənirlər. Kitab oxuyanlar öz ideyalarını insanlıq naminə istifadə edirlər. Kitabın girdabına enib heç kimi görməyənlər kitab oxuyanlar deyil, kitab fanatikləridir. Kitabdan asılı insanlardır. Kitab oxuyanlarsa azad düşüncəyə sahibdirlər. Bütün evi kitablarla doldurmaq xəsisliyin əlamətidir. Gələcəyin işıqlı olması üçün o kitabları paylamaq, hədiyyə etmək ən gözəl təbliğ vasitəsidir, ən yaxşı kitab sevdirmə üsuludur. 60-70 il kitab oxuyan insanlar tanıyıram ki, dünyaya heç bir xeyirləri dəyməyib. Onların ideyaları özləri ilə birlikdə torpaq altına gedəcək. Elə bu dəqiqə bir şey yaratmağa çalış. İşlədiyin müəssisədə, yaşadığın ərazidə, getdiyin məkanlarda... İzləyici olma, izlənən ol. Tamaşaçı olma, aktyor ol... Dağ kəndində suvağı yerə tökülən məktəb sinfindəki şagirdlər sənin böyük ideyalarının həyata keçməməsinə görə əziyyət çəkirlər. Üstün cəmiyyət ideyaların əsasında qurulub. Fərd olaraq milyonlara yaşama stimulu verə bilərsən. Kitablar həm də bizə döyüşkən ruh bəxş edir. Onu zəif xarakterinlə boğub öldürmək olmaz. Kitab oxumayan insan hansı vəziyyətdədirsə, kitab oxuyub heç nə etməyən insan ondan iki qat pis vəziyyətdədir.