KitabYurdu » Kitab » Ədəbiyyat » Tural Cəfərli - Tanrının İmzası


Şeçilmişlər Tural Cəfərli - Tanrının İmzası

Tural Cəfərli - Tanrının İmzası PDF
ADI:
Tanrının İmzası
REYTİNQ:
  • +46
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
373 Kb
Uzun zamandır ki, Spinozanı düşünürəm. Hər gün, hər an düşüncəmə hakim olan o şəxs haqqında yox, onun yaratmış olduğu təəssüratdan doğan düşüncələrimi paylaşmaq istəyirəm. Təbiətin içində əriyən qüvvələrlə rastlaşdıqca yatmış olduğum yuxuların haram olduğuna əmin oluram. Ona da əmin oluram ki, ölümün ətrini öz üzərimdə daşımışam. Mənəvi ölümün daxilə yansiyan ətrini. İndi isə bu ətrin daxilimdən yox olması üçün paylaşdığım ürək sözlərimi yazıya köçürürəm.
Əlindən telefonu bir kənara qoyub beynində milyonlarla əsəb hüceyrələrinin aram-aram, sakit bir şəkildə ölümünə icazə ver. İcazə ver ki, düşüncəndə yenilənən o hücreyə də özünü qoca sansın, səni tərk etmək istəsin. Ölümün beynindəki əsəb hüceyrələrindən tutmuş, mövcudatın özünə kimi davam etdiyini anlamağa çalış. Çalış ki, həyatın göz qırpımında keçən bir anını xatırlaya biləsən. Çətindir, elə deyilmi? Çətindir ona görə ki, hələ yuxumuz dağılmayıb. Xatırlamaq problem olur. Xatırlamaq həm də düşünmək üçün bir bəhanədi. Müxtəsər, bir az yorğun, əldən düşmüş, bəlkə də qocalmış bir canın ağır nəfəsinə oxşayan bir yazıdır bu. Tənbəllik etməyə meyillidir. Amma nə siqaret çəkməyə, nə də ki, spirtli içki içməyə vadar etməz. Qadın deyil bu yazı. Nakam məhəbbət də deyil. Bu barədə bir az arxayınam. Hisslərimi cümlələrin içində başlayıb bitirmək arzusu var bu yazıda. 
Spinozanın adını çəkdim öncə. O təbiət içində əriyən şam kimi qaranlığın işığıdır, ağ rəngidir. Sual oluna bilər. Qaranlığın işığı nədir? Cavabı Spinozadadır, Spinoza da mənə deyib. Daha doğrusu mən ondan bu sualın cavabını oğurlamaq istəmişəm. Oğurlamaq deyərkən öyrənmək desəm daha doğru olar. Ağacların səma ilə çəkişən uzun və ağır mübarizəsində axtardım onu. Yağışla səhranın həsrətindən süzülən göz yaşlarında aradım onu. Küləklə buludların səmavi rəqsində görmək istədim onu. Görə bildimmi? Gördümsə, deyə bildimmi? Bax onu bu yazıda deməyə çalışacam. Hər ağacın göyə doğru mübarizəsində, qaranlıqdan qaçışında, işığa qovuşmaq istəyində cavabı gizlənir. Budur qaranlığın işığı... Budur qaranlığın ağ rəngi...
efrsdfgsd
çox maraqlı kitabdi tesekkur edirem
  • 6 fevral 2019 11:31
  • Status: İstidafəçi xətdə deyil
zero mix
Tanrinin imzasini cox beyendim!
  • 6 fevral 2019 11:35
  • Status: İstidafəçi xətdə deyil
perri gru
Super!!! Tesekkur
  • 6 fevral 2019 11:38
  • Status: İstidafəçi xətdə deyil
nara semedli
Oxudum ve maraqli geldi tesekkur
  • 6 fevral 2019 11:40
  • Status: İstidafəçi xətdə deyil
LİTERATUR
Ziddiyətli məqamlar var! Ümumən isə maraqlıdı.
  • 6 fevral 2019 16:43
  • Status: İstidafəçi xətdə deyil
Bookmen
Maraqlıdı oxudum zovq aldim
  • 12 fevral 2019 12:38
  • Status: İstidafəçi xətdə deyil
Aynur_Kərimova
Həqiqətən çox maraqlı kitabdır. Dünyagörüşü, inam və motivasiya üçün əla bir mənbədir. Oxuduqca zövq aldım. Təşəkkürlər!!!
  • 21 fevral 2019 13:15
  • Status: İstidafəçi xətdə deyil
Sebine Eliyeva
Çox bəyəndim! Sadəcə mükəmməl bir kitab! 
  • 21 fevral 2019 13:21
  • Status: İstidafəçi xətdə deyil