İbrahim Həssasın 2019-cu ildə çapdan çıxmış mövzusu rəngarəng şeirlərdən, klassik üslubda yazdığı əsərlərdən, nəsrdə yazdığı yazılardan ibarət "KÖLƏ OLMA!" adlı kitabı...
Salam Nərmin! Necəsən? Sənə bu dünyadan məktub yazıram. Bilmirəm çatacaq, yoxsa yox, bunu yazmağa məcburam. Bilirsən, əslində sən bu dünyadan köç etsən də ölməmisən. Hələ də yaşayırsan. Adın sevib-seçdiyin sənətində, peşəndə yaşayır. Atan sənin xəyallarını, arzularını gerçəkləşdirib. Sən nə etmək istərdinsə, onu edib və edir. BDU-nun Kitabxanaçılıq fakültəsini seçməyin də əbəs deyilmiş. Kitabları sevirdin. Cəmiyyətin kitaba olan ehtiyacını duyurdun. Duyurdun ki, cəmiyyət gec-tez kitabsızlığın bəlasını çəkəcək. İstəyirdin ki, özün bu kitablardan yetərincə oxuyub ətrafını işıqlandırasan, aydınladasan. Kitab oxuyub, oxuduqlarını insanlar arasında bölüşmək, mənimsədiyin maraqlı məlumatlarla, gözəl fikirlərlə insanları faydalandırmaq işıqlı, aydın adamlara məxsusdur. Bu mənada sən bunu bacarırdın, Nərmin! Atan sənin adına Nərmin Yayın Evi açıb. Və bu Nərmin Yayım Evində neçə-neçə şairlərin, yazıçıların kitabları yığılıb nəşr olunub. Yaşlı, cavan fərq qoymadan yaradıcılıq ilə məşğul olanların köməyinə, dadına çatıb bu Yayın evi. Sənin məzarının yanında təmənnasız kiçik bir kitabxana təşkil edib atan. Qəbristanlığa gedənlər sərbəst şəkildə bu kitablardan oxuyub faydalana bilərlər. Hələ sən onlara istədikləri kitabları hədiyyə də edə bilərsən. İnan ki, atanın səninlə bağlı arzuları bitməyib, tükənməyib. Bilirsən, atan nə istəyir? İstəyir ki, Şirvandakı evinizdə sənin adınla bağlı böyük bir kitabxana yaratsın. Deyir ki, qoy şəhərin sakinləri bu kitabxanadan da faydalana bilsinlər. Ehh, Nərmin! Atanın sənin üçün qurubyaratmaq istədiyi arzuları o qədər böyükdür ki, bu arzular dilə-ağıza sığmaz. Kitaba-dəftərə sığan arzular deyil bunlar, Nərmin! Hələ atan istəyir sənin adınla 7 bağlı kitab sətgiləri təşkil etsin. Küçələrdə, yollarda, parklarda, dayanacaqlarda - insanların daha çox gəzibdolaşdığı məkanlarda sənin adını daşıyan kitab sərgiləri təşkil etmək keçir könlündən. İstəklər çox, arzular çox. Ancaq sən yoxsan.