KitabYurdu » Kitab » Ədəbiyyat » İslam Bayramov - Ağbabada Tufan Var…


Şeçilmişlər İslam Bayramov - Ağbabada Tufan Var…

İslam Bayramov - Ağbabada Tufan Var… PDF
ADI:
Ağbabada Tufan Var…
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
4.5 mb
Şörəyel mahalı – Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində XX yüzilin sonlarına qədər əhalisinin əsas hissəsini Azərbaycan türklərinin təşkil etdiyi tarixi mahaldır. Qədim şaman inanclı türklər olan Şirək tayfalarının e.ə. III-II əsrlərdə Don və Terek çayları ətrafında yaşadığı və xəzərlərin bir qolu olan bu tayfaların Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmələri, Araz və Arpaçayı boyu yerləşmələri yazılır. Dədə Qorqud dastanında da adı çəkilən ərazi "Şəruk"kimi qeyd edilir.Düzkənd rayonunda Şirək adlı qala və kənd də mövcud idi.“Şörəyel” sözünün mənasına gəlincə, bu ad daha qədimdir, baxmayaraq ki, çox-çox sonralar söz mənşəyindən fərqli, təhrif olunmuş “Şirak” şəkilində işlədib.“Şirak düzənliyi” ifadəsini buna örnək kimi göstərə bilərik.Başqa bir nümunə isə SSRİ dövründə burada yerli icra hakimiyyətinin orqanı olan “Şirak” adlı qəzetin dərc olunmasıdır.Əslində isə bu ad “Şirək” kimi yazılıbdeyilməli idi.Şörəyel sözü də Şirək (Sıraq) sözündəndir.Bəs,“Şirək” nədir və ya kimlərdir? Sıraqlar türk tayfalarıdır.Tarixdən məlumdur ki, bu türk tayfaları Avropada - Don, Dnepr vadilərində yaşamış, bu torpaqlardan digər ərazilərə yayılmışlar.Bu da məlumdur ki, şamanizm siraqlar arasında geniş yayılmışdı.Ağbaba dağının zirvəsini və ya Şiştəpənin bir ocaq, pir yeri kimi ziyarət edilməsi də bu faktla bağlı olmalıdır.E.ə. VII əsrdə sıraqların bu bölgəyə axın edib, məskunlaşmasından sonra region Şirək eli, Şörəyel adı ilə tanınmağa başlayıb.Şörəyeldə Tunc dövrü ilə bağlı abidələr də var.Təkcə e.ə. X-VIII əsrlərə aid 200-dən çox abidə var.Bundan əlavə bölgədə qıpçaq və oğuz mədəniyyəti ilə bağlı abidələr də mövcud idi. Bir sıra qəbirüstü abidələri, o cümlədən qoç hekəllərini buna nümunə göstərə bilərik.Bir sıra qazıntılar da bu bölgənin türk mədəni arealına daxil olduğunu sübut edir.Məsələn, gil qablar-çanaqlar, küplər və s. bir tərəfdən əhali arasında dulusçuluq sənətinin geniş inkişaf etdiyini göstərirsə, digər yandan onların dörd qulp kimi çətin konfiqurasiyalarda işlənməsi buradakı həyat tərzinin yüksək səviyyədə olduğuna işarə edir.Bunun başqa bir sübutu kimi qazıntılar nəticəsində tapılan su borularını göstərmək olar.Bir sözlə, Şörəyel, yəni Şirək eli qədim türk tayfası olan sıraqların adı ilə bağlıdır.