KitabYurdu » Kitab » Ədəbiyyat » İlahə Hacıyeva "Anadilli ədəbiyyatda "Xəmsə" ənənəsi: bütöv və fraqmentar cavablar"


Şeçilmişlər İlahə Hacıyeva "Anadilli ədəbiyyatda "Xəmsə" ənənəsi: bütöv və fraqmentar cavablar"

İlahə Hacıyeva "Anadilli ədəbiyyatda "Xəmsə" ənənəsi: bütöv və fraqmentar cavablar" PDF
ADI:
Anadilli ədəbiyyatda "Xəmsə" ənənəsi: bütöv və fraqmentar cavablar
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
842 kb

Azərbaycan xəmsəçiliyinin öyrənilməsi onun ümumşərq ədəbiyyatındakı möhtəşəm izlərindən kənarda mümkün deyil. Bu səbəbdən də burada Azərbaycan xəmsəçiliyi Şərq xalqları xəmsəçiliyinin işığında şərh olunmuş, özünəməxsus spesifik cəhətləri üzə çıxarılmışdır. Monoqrafiyanın Nizami Gəncəvinin beşliyinə yazılan anadilli klassik poemaların “Xəmsə” ənənələrinin müxtəlif dövrlərdə kəsb etdiyi orijinallığı və yeniliyi əks etdirmək baxımından əhəmiyyəti böyükdür. Ənənəvi mövzuda yazılan bu anadilli poemaların bəziləri mövzu baxımından eyni olsalar da, onlar süjet və kompozisiya, obrazlar aləmi, hadisə və əhvalatlar sisteminə, bədii tərtibat xüsusiyyətlərinə görə fərqlənirlər. Bundan başqa, nəzirəçilərin öz cavab məsnəvilərində ənənə və novatorluğun sintezinə uğurla nail olma və ya təqlidə meyil etmə cəhdləri, şairdən bəhrələndikləri və eləcə də əlavə etdikləri motiv və əhvalatları hansı səviyyədə öz dövrü, zəmanəsinin tələbləri ilə sintez etmə bacarıqları konkret nümunələrlə meydana çıxır. Bu baxımdan kitab Nizamişünas, şərqşünaslar, klassik ədəbiyyat üzrə tədqiqatçılar və eləcə də geniş oxucu kütləsi üçün maraq kəsb edə bilər. 

Nizami Gəncəvi hələ XII yüzildə taleyin və vaxtın ona həvalə etdiyi ali vəzifə ilə insan, cəmiyyət və dünya quruculuğuna gərək olacaq ülgülər yaradırdı və əsrlər sonra insanlığın Nizami əsərlərinə ehtiyacı yenə davam edirsə, demək, həmin düsturlar və qəliblər qətiyyən köhnəlməyib. Bəşəriyyət qarşısında qeyri-adi missiyasını hər kəsdən əvvəl məhz özü dərk etdiyindən lap başlanğıcdan Nizami üzünü yalnız Azərbaycana deyil, bütün dünyaya tutmuşdu. O, sırf milli şair olduğunu, öz xalqına və yurduna məxsusluğunu bütün incəlikləriylə dərk etməklə yanaşı, həm də bütöv Şərqin və dünyanın ədibi olmaq məsuliyyətinin ona İlahi tapşırıq kimi yazıldığına inanırdı. İnanmasaydı və məhz belə düşünməsəydi, onun əsərlərinin daxili coğrafiyası da bunca geniş, elə Nizami çağındakı dünya boyda olmazdı. Bir şair kimi tanındığı, etiraf edildiyi ilk çağlardan, hələ özünün də sağ olduğu XII əsrdən etibarən Nizami Gəncəvinin adı da, irsi də diqqət mərkəzində olmuş, bu yaradıcılıq yalnız zövq mənbəyi deyil, həm də öyrənmək, bənzəmək üçün mühüm meyarlardan birinə çevrilmişdir. Təzkirələri ilk ədəbiyyat tarixi kitabları kimi qəbul edəN İlahə Hacıyeva 8 cək olsaq, Nizami ilə bağlı araşdırmaların artıq təxminən elə Nizami yaşında olması qənaətinə gəlməliyik. Çünki son doqquz əsr ərzində və farsdilli ədəbiyyata, onun seçkin simalarına həsr edilmiş elə bir ədəbi müntəxəbat, təzkirə yoxdur ki, orada bu və ya digər dərəcədə Nizamiyə müraciət edilməsin. Xüsusən, XIII əsrdə hind şairi Əmir Xosrov Dəhləvinin Nizami “Xəmsə”sinə ilk mükəmməl cavabı yazaraq Nizami ədəbi məktəbinin əsasını qoymasından sonra gəncəli söz sehrbazının yaradıcılığına maraq daha da artmış, onu izləyənlərin, ondan öyrənənlərin sayı artdığı kimi, Nizamini daha dərindən duymaq, dərk etmək üçün əsərlər yazanların miqdarı da çoxalmışdır. Bu yolda göstərilən cəhdlər zaman-zaman çoxalmağa başlayaraq bir ənənə halını almışdır. Şairin “beş qiymətli inci” adlandırdığı “Xəmsə”nin şöhrəti dövrümüzə qədər sirayət etmişdir. Nizaminin çoxbucaqlı ideyaları yeni çalarlar qazanaraq hər dövrün nəbzini tutur, buna görə də, heç vaxt öz aktuallığını itirmir. Onun yaradıcılığının sürəkli tədqiqi də məhz buna görə vacibdir.