XX yüzillik Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərən görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin seçilmiş əsərləri üçcildliyinin II cildinə pyesləri daxil edilmişdir. "Atayevlər ailəsi", "Hökmüdar və qızı", "Xurşudbanu Natəvan", "Məhv olmuş gündəliklər", "Sən həmişə mənimləsən, yaxud boy çiçəyi", "Sevgililərin cəhənnəmdə vüsalı" əsərlərinin hər biri milli dramaturgiyanın qızıl fonduna daxil olmuş, dərin psixologizmi, bənzərsiz üslubu, parlaq və bitkin obrazları, çağdaşlığı ifadə cdən aktual ideyaları, nəhayət dramaturji keyfıyyətləri ilə sevilib seçilmiş, öz müəllifınə halal və qibtə olunacaq şöhrət gətirmişdir. Təqdim olunan bu əsərlər rejissor nəsillərinin yozumunda təkrar-təkrar tamaşaya qoyulmuşdur. Onların bir çoxu hazırda da səhnədədir.