Azərbaycan xalq yaztçısı, ustad sənətkar İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"nin üçcildliyinin son cildinə ədibin iki qiymətli romanı daxil edilmişdir; "Söyüdlü arx" və "Geriyə baxma, qoca". "Söyüdlü arx" yazıçının ilk romanı olmaqla oxucuların böyük sevgisi ilə qarşılanmış, milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuş, tezliklə tərcümə edilərək dünyanın bir çox dillərində geniş yayılmışdır. "Geriyə baxma, qoca" romanında Qarabağ camaatının həyatı, güzəranı, etnoqrafık cizgiləri, maddi və mənəvi azadlıq naminə insanlann çəkdiyi iztirablar parlaq və yetkin bir üslubla əks olunur.