Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvaninin üçcildliyinin birinci cildində şairin qəzəlləri, rübailəri, qoşabeytləri, təkbeytləri, qitələri, tərkibbəndləri, müxəmməsləri, müsəddəsləri və müs-təzadları verilmişdir. Verilmiş əsərlər Seyid Əzimin bütün şeirlərini əhatə etmir. Onlar arasından bu günümüz üçün dil baxımından sadə olanlar, məna baxımından aktual və böyük tərbiyəvi əhəmiyyət kəsb edən şeirlər seçilib kitaba daxil edilmişdir. Şairin şeirləri klassik üslubda yazıldığına görə bir sıra sözlərə və beytlərə aydınlıq gətirmək çox vacib idi. Buna görə də kitabın axınnda izahlar verilmişdir. Cilddə Seyid Əzimin klassik irsimizə verdiyi ən sanballı şeir nümunələri divan ədəbiyyatının tələbləri əsasında sıralanmışdır.