KitabYurdu » Kitab » Ədəbiyyat » MƏMMƏD SƏİD ORDUBADİ QILINC VƏ QƏLƏM II HİSSƏ


Şeçilmişlər MƏMMƏD SƏİD ORDUBADİ QILINC VƏ QƏLƏM II HİSSƏ

MƏMMƏD SƏİD ORDUBADİ QILINC VƏ QƏLƏM II HİSSƏ PDF
ADI:
QILINC VƏ QƏLƏM II HİSSƏ
REYTİNQ:
  • +25
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.2 MB
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin - xalqın fıziki və mənəvi qüvvəsinin rəmzi olaraq "Qılınc və qələm" adlandınlmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifın özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu "Qılınc və qələm", şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.