Neçə illərdir, hey arzulasalar da keçmiş məktəb dostları vaxt tapıb görüşüb bir yerə yığışa bilmirdilər. Hər dəfə biri-nin başına gözləmədəyi iş gəlir, ya da bir yarıtmaz hadisənin ucbatından niyyətləri alınmırdı.
Onlar dörd dost idilər – Saleh, Səfər, Şamil və Dəyanət. Aralarında iki-üç yaş fərqi olsa da məktəb illərindəki yoldaş-lığı yadırğamamışdılar. İlin fəsilləri dəyişəndən-dəyişənə ya zəngləşib uzun-uzadı söhbətləşər, ya da bir-birlərinə işi dü-şəndə görüşərdilər. Qalan vaxt təsadüfən toyda, daha çox isə yas mərasimlərində rastlaşırdılar. Rastlaşdıqları üçün ölənə rəhmət oxusalar da, belə ayaqüstü görüşdən sonra hər dəfə günlərin birində toplaşıb ürək dolusu dərdləşmək, əylənmək arzusu ilə ayrılırdılar. Gəl ki, illər boyu bu dörd dostun dör-dünün də eyni anda qayğısız, boş olan vaxtı olmurdu.