Kitab qaz boşalması və plazma fizikasının müxtəlif bölmələrini əhatə edən yeddi laboratoriya işindən ibarətdir. Hər bir işdə onun məqsədi, nəzəri məlumat, təcrübi qurğunun təsviri, ölçmələrin elektrik sxemi, təcrübənin icrasına dair metodik göstərişlər, tapşırıqlar və qısa ədəbiyyat siyahısı verilmişdir. Kitab Bakı Dövlət Universiteti fizika fakültəsinin bakalavr və magistrant tələbələri üçün nəzərdə tutulmuşdur. Bu kitabdan həmçinin tədris proqramına qaz boşalması, plazma fizikası, elektron və ion cihazları, elektronika, radiofizika və lazer texnikası daxil olan digər ali məktəblərin tələbələri də istifadə edə bilərlər.