Kitabda elektronikanın, başlıca olaraq isə fiziki elektronikanın yaranma tarixi və inkişafı mərhələləri haqqında xronoloji məlumatlar, eləcə də bu elm sahəsinin metodologiyasının əsas məqamları şərh olunur. O, ali məktəblərin uyğun istiqamət və ixtisaslaşmalar üzrə təhsil alan magistrantları üçün dərs vəsaiti kimi hazırlansa da, ali məktəb tələbələri, aspirantlar, mühəndis və elmi işçilər, müəllimlər tərəfindən də istifadə oluna bilər. Kitab 165 səhifədən, 55 illüstrasiyadan və 17 adda ədəbiyyatın siyahısından ibarətdir.