Oxuculara təqdim olunan bu dərslik müəllifin Bakı Dövlət universitetinin fizika fakültəsində 50 ilə yaxın müddətində oxuduğu mühazirələr əsasında yazılmışdır. Burada molekulyar fizika və termodinamikanın əsasları müasir proqrama uyğun olaraq sıx əlaqəli vahid bir kurs kimi şərh olunur.
Dərslikdə molekulyar-kinetik nəzəriyyə, molekulların sürətlərə görə paylanması (Maksvel paylanması), termodinamikanın qanunları və onların tətbiqləri, real qazlar, mayelər, bərk cisimlər və onlarda baş verən fiziki hadisələr, həmçinin bəzi kinetik hadisələr (köçürmə hadisələri) proqrama tam uyğun olaraq müasir səviyyədə təhlil olunmuşdur.
Kitab Universitetlərin fizika fakültələrinin birinci kurs bakalavrları üçün dərslik olmaqla yanaşı, eyni zamanda magistrlər və molekulyar fizika ilə maraqlanan hər kəs üçün də faydalı ola bilər.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.