Kitabda Azərbaycan Respublikası Konstitusiyasının preaııı-bulası və ümumi müddəaları şərli olunmuşdur. Ayrı-ayrı maddələrdə təsbit olunan lıər bir konstitusion lıtiquq norması hərtərəfli və sistemli şəkildə açıqlanmış, yeri gəldikcə xarici dövlətlərin konstitusiyaları ilə müqayisələr aparılmış, toxunulan məsələlərə yaradıcı mövqedən yanaşmaqla bir sıra yeni mülahizə və təkliflər irəli sürülmüşdür. Kitabın sonuna dünya dövlətlərinin paytaxtı, dövlət dili və pul vahidini əks etdirən cədvəl əlavə olunmuşdur. Kitabın hazırlanmasında ayrı-ayrı alim və hüquqşünas-mütəxəssislərin əsərləri ilə yanaşı, beyııəlxalq-lıüquqi sənədlərdən, Azərbaycan Respublikasının son dəyişikliklər və əlavələr edilmiş qanındamdan, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, habelə, digər normativ-hüquqi aktlardan istifadə olunmuşdur.
Özündə dərslik, kommentariya, mühazirə kursu, monoqrafiya, habelə ensiklopediya elementlərini ehtiva edən kitab hüquqşünaslar, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur.