Dərslikdə mikro və makroiqtisadiyyatın əsas məsələləri kompleks və sistemləşdirilmiş formada şərh olunmuşdur. O, tədris-metodiki kompleksi şəklində tərtib edilmişdir. Hər bir fəsildə nəzəri hissə ilə birlikdə, onun plan, əsas anlayışlar, özünü yoxlama sualları, dərsliyin sonunda testlər və istifadə edilmiş ədəbiyyatların siyahısı verilmişdir. Müəlliflər çoxlu mikro və makroiqtisadi kateqoriyaların nəzəri səmtləri ilə bərabər, bazar şəraitində onların həyata keçirilməsi proseslərini açıqlamışlar. Bu xüsusiyyətlər dərslikdən nəinki biliklərin genişləndirilməsində, eləcədə praktiki vasitələrin əldə edilməsində istifadə olunmasına imkan yaradır. Dərslikdə istifadə olunmuş qrafik və sadə riyazi asılılıqlar onun mənimsənilməsində əyaniliyi artırır. Mikro və makroiqtisadiyyat məsələlərinin tələbələr tərəfindən mənimsənilməsi onların bazar münasibətlərini mükəmməl bilən yüksək ixtisaslı iqtisadçı - mütəxəssis kimi formalaşmasına imkan verəcəkdir. Dərslik iqtisadi profilli ali məktəblərin bakalavr və magistratura təhsil pillələri tələbələri üçün yazılmışdır.
Dərslikdən aspirantlar, müəllimlər, elmi və praktiki işçilər istifadə edə bilərlər.