Milyaderlərin necə zəngin olduğunu araşdırmaq üçün 50-yə yaxın milyaderin bioqrafiyasını öyrəndim. Kəşf etdiyim sirləri hər kəslə bölüşmək istədim. Zəngin insanların müvəffəqiyyət sirri heç də onda gizlənmir ki, onlara hər hansı bir zənginlik formulu məlumdur. Uğurlu insanların sirlərini öyrənmək olar, amma həmin uğura eyni yolla deyil, müxtəlif yollardan getmək gərəkir. İnsanların həyat yolları fərqlidir. Uğura gedən yolları da fərqli olmalıdır.
Elçin Eyvazalı - Varlanmağın yol xəritəsi
ADI:
Varlanmağın yol xəritəsi
REYTİNQ:
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
3.95 Mb
Siz uğur qazanmaq yolunda bütün çətinlikləri fəth etmək və aradan qaldırmaq üçün dünyaya gəldiniz. Bütün dünya qazananları sevər, heç kimin məğlub olan biri için zamanı yoxdur.
Mən vaxtımın çoxunu yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsinə sərf edirəm. Dünyada nə baş verdiyindən agah olmaq və mənim bundan istifadə edərək necə qazana biləcəyimi öyrənmək mənim üçün çox zəruridir. Yoxsulluq – inkişaf üçün ən optimal ortamdır. Mənim ən əsas, həyatı əhəmiyyətli investisiyam – ölkəni yoxsulluqdan çıxarmaqdır.
Əgər doğurdan da milyarder olmaq istəyirsinizsə "varlanmağın yol xəritəsi"ni səbirlə axıra qədər oxu!
Həyatda nə istədiyimizi bilmək çox vacibdir. Niyə? Bunun bir neçə səbəbi var. Birincisi, həyatda nə istədiyimizi bildiyimiz zaman qarşımıza məqsədlər qoyur və bu məqsədləri reallaşdırmağa çalışırıq. Uğurunuzu artırmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə daim qarşınıza məqsədlər qoyun. Heç kəs mükəmməl deyil və buna görə də biz bacardığımız qədər özümüzü inkişaf etdirmək və həyatdan nəticə çıxarmağa çalışırıq. Fərdi inkişafın ən mühüm müsbət cəhəti ondan ibarətdir ki, insan həyatda təcrübə qazandıqca daha da kamilləşir. Həyat bizə qarşı həmişə ədalətli olmur amma biz çətinliklərin öhdəsindən necə gəlməyi bilsək onda yaşamaq da daha asan və mənalı olar. Fərdlərin təyin etdiyi məqsədlər onların motivə olmalarına da təsirsiz ötüşmür. Buna görə də, əldə edilməsi çətin və olduqca əlçatmaz olan məqsədlər təyin edən fərdlər, əldə edilməsi asan olan məqsədlər təyin edən fərdlərlə müqayisədə daha çox performans göstərəcək və motivasiya olacaqlar. Bizim hamımızın həyatımızda müəyyən istəkləri var Əgər müəyyən bir məqsədə çatmaq üçün çalışırsansa, əvvəlcədən planlaşdırma vacibdir. Məqsədlərə nail olmaq üçün lazım olan hər bir addımı təsvir etmək vacibdir. Bu addımları təsvir elə və bir anlıq onları gözünün qarşısına gətir. Bu həm planlaşdırmanın çox asan bir yoludur, həm də məqsədə çatmaq üçün heç nəyi unutmamağa kömək edir. Öz addımlarınızı düşündükcə siz məqsədə çatmaq üçün nələrə ehtiyacınız olduğunu görəcəksiniz. Vaxtı gələndə siz bu addımları edəcəksiniz.
Rəy yaz