2-ci nəşrdə (1-ci nəşr 1998-ci il) kontrollinq qurulmasının metodoloji və praktiki əsaslarına baxılır. İnnovasiya və investisiya, marketinq və loqistika, maliyyələşdirmə və tədarük kimi fəaliyyət sahələrində kontrollinq vəzifələrinə və alətlərinə xüsusi diqqət yetirilir. Kontrollinq sistemində menecmentin əsas funksiyalarının (planlaşdırma, nəzarət, uçot və idarəetmə qərarlarının hazırlanması) reallaşdırılması xüsusiyyətləri aşkarlanır. Kontrollinq informasiya və proqram təminatı problemləri şərh edilir. Kitab müxtəlif fəaliyyət sferasında işləyən menecer və iqtisadçılar, iqtisadyönümlü ali məktəblərin müəllimləri, aspirant və tələbələri, həmçinin biznesin effektiv idarə olunmasına cəhd edən biznesmenlər üçün nəzərdə tutulmuşdur.