Dərslikdə ticarətin nəzəri-metodoloji məsələlərinə, ölkə iqtisadiyyatında onun yeri, bazar şəraitində ticarət biznesinin sosial-iqtisadi rolu və ticarətin praktiki iqtisadi inkişaf istiqamətlərinə baxılmışdır. Kitabda ticarət müəssisələrinin iqtisadi təhlili və planlaşdırılması, ticarətin iqtisadi göstəriciləri - mallara tələb və təklifin vəziyyəti, bazar qiymətləri, ticarət marketinqi, pərakəndə və topdan ticarət, kütləvi iaşə mal dövriyyəsi, ticarətin əmək resursları, maddi-texniki bazası, gəlir, mənfəət, rentabellik, ticarətdə vergiqoyma, xarici ticarət və elektron ticarətin tətbiqi imkanları bazar iqtisadiyyatının tələbləri baxımından geniş şərh edilmişdir. Dərslik ali məktəblərin bakalavr təhsil pilləsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabdan, həmçinin sahibkarlıq fəaliyyətilə, kiçik və orta bizneslə məşğul olanlar istifadə edə bilərlər.