Dərslik təhsilin bakalavr pilləsində «Ərzaq malları əmtəəşünaslığı və ekspertizası» ixtisası üzrə qüvvədə olan tədris planı əsasında tərtib olunmuş «Bitki mənşəli ərzaq malları əmtəəşünaslığı» fənninin proqramına tam uyğun olaraq yazılmışdır. Dərslik 6 fəsildən ibarətdir. Birinci fəsildə ııişasta və nişasta məhsullarının; ikinci fəsildə şəkərin və şəkərin əvəzediciləriııiıı; üçüncü fəsildə isə təbii və süni balın əmtəəşünaslığı geniş verilmişdir. Dördüncü fəsildə şəkərli qənnadı məmulatının, beşinci fəsildə isə unlu qənnadı məmulatının əmtəəşünaslıq səciyyəsi öz əksini tapmışdır. Ayrı-ayrı qənnadı məmulatının kimyəvi tərkibi, qidalı-lıq dəyəri, keyfiyyətini formalaşdıran amillər, təsnifatı, çeşidi və keyfiyyətini qoruyan amillər ətraflı izah edilir. Altınsı fəsildə nişasta, şəkər, bal və qənnadı məmulatının keyfiyyətinin öürənilməsi üsulları şərh edilmişdir.
Dərslikdən tələbələrlə yanaşı qənnadı məhsullarının istehsalı, saxlanılması və satışı ilə məşğul olan mütəxəssislər, gömrük təşkilatlarının əməkdaşları, kolleclərin müəllimləri və tələbələri də istifadə edə biləcəklər.