KitabYurdu » Kitab » İqtisadiyyat » DİPLOMATİYANIN ƏSASLARI


Şeçilmişlər DİPLOMATİYANIN ƏSASLARI

DİPLOMATİYANIN ƏSASLARI PDF
ADI:
DİPLOMATİYANIN ƏSASLARI
REYTİNQ:
  • +8
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
1.78 MB
«Diplomatiyanın əsasları» kitabı birinci kursda tədris olunan «Diplomatiyanın əsasları» fənni üzrə dərs vəsaitidir. Kitab tələbələrin qarşıdakı 4 il ərzində müxtəlif istiqamətlər və sahələri üzrə öyrənəcəkləri diplomatiya ilə ilkin tanışlıq, onun təməledici prinsipləri, əsas termin və anlayışlarım açıqlamaq, belə demək mümkünsə, diplomatiyamn əlifbası ilə tamş etmək məqsədi daşıyır. Diplomatiya nədir, necə formalaşır və har-hazırda hansı istiqamətdə inkişaf edir, hansı məqsədlərə xidmət edir, diplomat peşəsi insandan hansı keyfiyyətlərə malik olmağı, hansı bilik sahələrindən agah olmağı tələb edir və s. Kurs daxilində diplomatiyanın keçmişi, bu günü və perspektivlərinə nəzər salmır, bəşəriyyətin aparıcı diplomatlarının diplomatiya və diplomatlarla bağlı fikirləri, baxışları ətrafında diskussiyalar aparılır. Tələbələrə diplomat peşəsinin nüfuzlu olması ilə bərabər çox çətin, məsuliyyətli olduğu, üstünlükləri ilə yanaşı bir çox məhdudiyyətlərə, qadağalara malik olan və əslində uzunmüddətli əsgər xidmətindən bir o qədər də fərqlənmədiyi izah edilir. Kurs çərçivəsində tələbələrə mədəni diskussiya, ünsiyyət, təqdimat, qrup şəklində səmərəli çalışmaq və s. ilkin vərdişlər aşılanır. Gənc Azərbaycan diplomatiya-srnın uğurları, problemləri, perspektivləri gənclərlə dialoq şəklində öyrənilir, təhlil olunur, müasir dövrün diplomatik kadrlarından nəyin tələb olunduğu və Azərbaycan kimi dünya miqyaslı güc mərkəzi olmayan dövlətlər üçün diplomatiyamn nə qədər böyük əhəmiyyət kəsb etdiyi açıqlanır.
Sadalanan proqram, mövzular əsasında qurulan dərs vəsaiti faktoloji materiallarla, tarixi müqayiəsələrlə, maraqlı misal və nümunələrlə zəngindir və tələbələrin həm fənnə marağını artırmağa, həm də diplomatiyamn təməl prinsiplərini daha aydın və dəqiq qavramaqlarma xidmət edir.