Ümumən, oxucuya təqdim olunan bu metodiki göstəriş müasir dövrdə tələbələri dövlətin iqtisadiyyata müdaxiləsinin konseptual əsasları, müasir şəraitdə dövlət müdaxiləsinin səmərəli hədd və funksiyaları haqqında Azərbaycanda iqtisadiyyatın tənzimlənməsinin, qanunauyğunluqlarını və xüsusiyyətlərini dərk etməyə, milli iqtisadiyyat səviyyəsində müvafiq qərarların qəbulu və reallaşdı-nlmasının prinsipləri, mexanizmləri, habelə davamlı inkişafa keçidin təmin olunmasında dövlətin rolu haqqında sistemli nəzəri və əməli xarakterli biliklər əldə etməyə istiqamətləndirir.
Bu baxımdan, bu metodiki vəsait iqtisadiyyatın tənzimlənməsi haqda zəruri biliklər əldə etmək istəyən tələbələr üçün lazımi bir dərs vəsaiti hesab oluna bilər.