KitabYurdu » Kitab » İqtisadiyyat » NAXÇIVAN İQTİSADİYYATININ PRİORİTETLƏRİ: İQTİSADİ ARTIM. DİNAMİK İNKİŞAF


Şeçilmişlər NAXÇIVAN İQTİSADİYYATININ PRİORİTETLƏRİ: İQTİSADİ ARTIM. DİNAMİK İNKİŞAF

NAXÇIVAN İQTİSADİYYATININ PRİORİTETLƏRİ: İQTİSADİ ARTIM. DİNAMİK İNKİŞAF PDF
ADI:
NAXÇIVAN İQTİSADİYYATININ PRİORİTETLƏRİ: İQTİSADİ ARTIM. DİNAMİK İNKİŞAF
REYTİNQ:
  • +2
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
1.42 MB
Monoqrafiya müstəqillik dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf yolunun tədqiqinə həsr olunmuşdur. Bugünkü inkişafın əsasları hələ XX yüzilliyin axırlarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqillik dövrünə həsr olunan əsərdə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf xüsusiyyətləri təhlil edilir. Ulu öndər Heydər Əliyevin və onun kursunu davam etdirən ölkə prezidenti İlham Əliyevin göstərdiyi qayğı və diqqət, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun fədakarlığı - məhz bu 3 amil birləşməsi muxtar respublikada dinamik inkişafı təmin etmişdir.
Əsərdə Ali Məclisin məşğulluq problemlərinin həlli və quruculuq işləri sahəsində gördüyü işlər qiymətləndirilmişdir. Tədqiqat zamanı müstəqillik illərində muxtar respublikanın dinamik inkişafı statistik materiallar əsasında sübuta yetirilmişdir. Əsərdən elmi işçilər, aspirantlar, magistrlər, tələbələr və ümumiyyətlə iqtisadiyyatla maraqlananlar istifadə edə bilərlər.