Monoqrafiyada Azərbaycan Respublikasnıda yeni iqtisadi sistemin formalaşdığı şəraitdə bazarın iqtisadi ilkin şərtlərinin meydana gəlməsi, onların tədricən bütövlükdə iqtisadiyyatı əlıatə edə bilən təsərrüfatçılıq mexanizminə çevrilməsi və bu təsərrüfatçılıq mexanizminin formalaşmasının iqtisadi əsası kimi çıxış edən xüsusi mülkiyyət münasibətlərinin yaradılmasını ona uyğun gələn bazar mexanizmi ilə milli iqtisadiyyatın formalaşdırılmasını qarşılıqlı asılılıqda öyrənilməsinə xüsusi önəm verilmişdir.
Monoqrafiyanın əsas konsepsiyası araşdırılan problemin öyrənilməsi səviyyəsi də nəzərə alınmaqla müəllifin elmi mövqeyinə əsaslanmaqla formalaşdırılmışdır.
Həmçinin burada iqtisadiyyatda bazar münasibətlərinin genişlənməsi ilə iqtisadi inkişaf və dünya iqtisadiyyatına inteqrasiya üçün bazar mexanizminin rolu ön plana çəkilmişdir.
Monoqrafiyadan ali məktəblərin iqtisadi yönümlü fakültələrinin müəllimləri, tələbələri, eləcə də aspirantlar, elmi işçilər və geniş oxucu kütləsi istifadə edə bilər.