Dərsliyin bu hissəsi ticarətin və əsasən onun qurumlarının - müəssisə, firma, şirkət və ticarətin sair bölgələrinin ticarət-təsərrüfat-maliyyə məsələlərini əhatə edir. O, əsasən, təcrübi-praktiki xarakter daşıyır. Bununla belə onun heç bir bölməsi, fəsili, mövzusu iqtisadi-sosial və nəzəri problemlərin təlimindən xali deyildir.
Dərsliyin həmin hissəsi «Mal dövriyyəsi» başlığı altında III bölmədən başlayır. Burada onun IX, X, XI fəsilləri əhatə olunur və istehlak şeyləri, istehsal vasitələri və kütləvi iaşə bazarlarında pərakəndəsatış və topdansatış mal dövriyyələri anlamının,zəruriliyinin, təhlili və planlaşdırılmasının, habelə, bunların bazar iqtisadiyyatı tələblərinə uyğun yeniləşdirilməsi və təkmilləşdirilməsinin təlimindən söhbət gedir.