Dərslik «Beynəlxalq vergitutmada ofşor mexanizmlərin tətbiqi» proqramı əsasında Azərbaycan dilində işlənmiş ilk əsərdir. Burada ofşor zonaların, ərazilərin yaranma tarixi, miqyası, mahiyyəti, baza ofşor kompaniyaları, onların vergilərin planlaşdırılmasında və minimumlaşdırılmasında rolu, xarici iqtisadi fəaliyyətdə baza ofşor kompaniyalarından istifadə problemləri, beynəlxalq bank və sığorta ofşor mərkəzləri, gəmilər vasitəsilə beynəlxalq yükdaşımada ofşor mərkəzlər və s. məsələlər öz şərhini tapmışdır.
Dərslik bakalavr səviyyəsində təhsil alan tələbələr, magistrlər, aspirantlar, dissertantlar, ali məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur.