KitabYurdu » Kitab » İqtisadiyyat » İQTİSADİYYATDA RİYAZİYYAT


Şeçilmişlər İQTİSADİYYATDA RİYAZİYYAT

İQTİSADİYYATDA RİYAZİYYAT PDF
ADI:
İqtisadiyyatda riyaziyyat
REYTİNQ:
  • +58
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
3.63 MB
İqtisadçının riyaziyyatı bilməsi vacibdir. Riyazi aparat -iqitsadi təhlil, təşkilat və idarəetmənin əsas alətidir. Vəsait mövzular üzrə birləşdirilmiş mühazirələr formasında tərtib olunub. Hər bir mühazirənin sonunda məsələlərin həlli, həmçinin müstəqil iş üçün tapşırıqlar verilmişdir.
Riyaziyyat və onun başqa elmlərlə əlaqəli öyrədilməsi prosesində iki nöqteyi-nəzər mövcuddur. Birincilər hesab edirlər ki, riyaziyyat müstəqildir və özü-özlüyündə qiymətlidir. İkincilər bunu qəbul edirlər, lakin əsasən hesab edirlər ki, riyaziyyat çox xeyirli və zəruri alətdir. Şübhəsiz ki, riyaziyyatın müəyyən dünyabaxışlı əhəmiyyəti var, lakin iqtisadçı, idarəetmə-menecer mütəxəssisləri üçün riyaziyyat idarəetmənin təşkili və təhlili üçün bir alət, bir vasitədir. Bu kitab da həmin məqsədlə yazılmışdır.
Kitab "İqtisadiyyatda riyaziyyat" adlanır və riyaziyyatın, onun iqtisadiyyata, maliyyəyə tətbiqlərini öyrənmək üçün nəzərdə tutulan üç semestrə uyğundur. Kitab üç hissədən ibarətdir:
Birinci hissə "Xətti cəbrin və riyazi analizin əsasları" adlanır. İkinci hissə "Riyazi analiz və iqtisadi əlavələr" və üçüncü hissə "İqtisadiyyatda ehtimal nəzəriyyəsi və statistik üsullar" adlanır. Kitab ali məktəblər üçün yazılan klassik ali riyaziyyat kurslarından fərqli yazılmışdır. Birinci fərq ondan ibarətdir ki, öyrənilən riyazi anlayışlar iqtisadi, maliyyə, idarəetmə sahələrinə aid əyani əlavələrlə izah olunur. Bu əlavələr dağınıq, pərakəndə deyillər. Faktiki olaraq bu əlavələr "Riyazi iqtisadiyyat", "Maliyyə riyaziyyatı" məsələn, istehlakın tələb nəzəriyyəsi, optimal portfel nəzəriyyəsi, qrup tərəfindən qərarların qəbul edilməsi və s.) bölmələrinin əsas anlayışlarını əhatə edir. Bəzən bu əlavələr önə çıxır və elə görünür ki, riyazi anlayışlar daxil edilir və öyrənilir yalnız ona görə ki, iqtisadiyyat üçün lazımdır. Bu kitabın ikinci fərqli xüsusiyyətidir. Üçüncü fərqli xüsusiyyət üçüncü hissəyə aiddir. Bu hissədə ehtimal nəzəriyyəsi və riyazi statistika eyni zamanda şərh olunur, bu isə tədris materialına müxtə-sərlik və zənginlik verir. Uyğun kompüter proqramlarının bilgisinə ümid edərək bir sıra məsələlərin tam şərhi nəzərdə tutulmayıb. (Məsələn, simpleks-üsul nəzəriyyəsi yoxdur, lakin hər hansı xətti proqramlaşdırma paketini praktiki məşğələlərdə və yaxud müstəqil olaraq öyrənmək mümkündür). Bir çox isbatlar buraxılmışdır, zəruri hallarda onları ali məktəblərin riyaziyyat kurslarından tapmaq olar. Bir sıra zəruri nəzarət tətbiqləri nəzərdə tutulmuşdur (bu da qiyabi və axşam təhsili üçün çox vacibdir).