Ticarət əhalinin həyatının təmin edilməsində əıı mühüm sahələrdən biridir. Onun vasitəsilə bazar iqtisadiyyatı şəraitində malların təklifi ilə əhalinin tələbi arasında razılaşma həyata keçirilir.
Ticarət müəssisələrində istehlak malları istehsalına qoyulmuş vəsaitin dövr etməsi başa çatdırılır, mallar dəyər formasından pul formasına keçir və malların yenidən istehsalı üçün iqtisadi əsas yaradılır. Bu zaman daim təkrar olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir, yeni qabaqcıl texnologiya, yeni texnika və avadanlıq tətbiq edilir, yeni, müasir tələblərə uyğun gələn idarəetmə metodları tətbiq edilir, əhaliyə xidmətin keyfiyyətini yaxşılaşdırmaq və ticarət müəssisələrinin effektivliyini artırmaq üçün yollar axtarılır.
Bazar iqtisadiyyatına keçdiyimiz indiki dövrdə ticarət müəssisələrinin yeni, müxtəlif hüquqi-təşkilati formaları meydana gəlir, bu da ticarət və texnoloci proseslərə yeni yanaşma formalarının yaranması ilə şərtlənir, xüsusi sektorun və sahibkarlığın geniş tətbiqini irəli sürür. Bütün bunlar ticarət mütəxəssislərinin hazırlanmasına, onların sənət səriştəlivinə yeni yanaşma tələb edir.