«Sığorta fəaliyyətinin əsasları» adlı dərs vəsaiti «Sığorta işi» fənni kursunun tədris proqramına, ali və orta peşə təhsili standartlarına uyğun tərtib olunmuşdur. Dərs vəsaitində sığortanın mahiyyəti və əhəmiyyəti, iqtisadi və hüquqi əsasları, təkrar sığortanın növləri və formaları, onun xüsusiyyətləri, sığorta risklərinin idarə edilməsi, sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti, investisiya fəaliyyətinin xarakteristikası, sığorta təşkilatlarının maliyyə hesabatları və onların fəaliyyətinə dövlət nəzarəti, beynəlxalq sığorta bazarı və s. məsələlər şərh edilmişdir.
Dərs vəsaitindən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, magistrləri, sığorta şirkətlərində çalışan mütəxəssislər və sığorta işi ilə maraqlanan digər şəxslər istifadə edə bilərlər.