KitabYurdu » Kitab » İqtisadiyyat » Satış Şöbəsinin İdarə Edilməsi


Şeçilmişlər Satış Şöbəsinin İdarə Edilməsi

Satış Şöbəsinin İdarə Edilməsi PDF
ADI:
Satış Şöbəsinin İdarə Edilməsi
REYTİNQ:
  • +12
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
9.46 MB
Bu kitab artıq çoxdan bütün dünyada biznes ədəbiyyatının klassikasına çevrilmişdir. Çünki bu kitab dünyanın aparıcı şirkətlərinin çoxillik təcrübəsi əsasında hazırlanmışdır və satışlar üzrə menecerlərin praktiki instrumen-tariyalarım təqdim etməklə yanaşı, həm də satışın idarə edilməsi sferasında tanınmış mütəxəssisələr tərəfindən aparılmış tədqiqatlar da hesaba alınmışdır. Kitabda tədarüklərin mexanizmləri, satış şöbələrinin işlərinin təşkili metodikaları, satış prosesinin mərhələləri izah edilir. Kitabda əsas alıcılar da daxil edilməklə yanaşı müxtəlif tipli müştərilərlə işin təşkili ətraflı işıqlandırılmışdır. Oxucu coğrafi, malın (əmtəənin) tipinə görə, müştərinin tipinə görə və satışın funksiyalarına görə, həm də satışın planlaşdırılmasının metodikaları ilə yanaşı satışların təşkilinin prinsipləri ilə tanış olur. Müəlliflər konkret təşkilatların tələblərinə uyğun olaraq ticarət personalının (heyətinin) axtarışı, seçilməsi və öyrədilməsi məsələlərinə böyük diqqət verirlər. Kitab oxucuya satışların təşkilinə effektli yanaşmanı seçməkdə və həyata keçirməkdə kömək edəcəkdir: ticarət personalının (heyətinin) işini ən əlverişli (optimal) tərzdə təşkiletmək və onu maksimum məhsuldarlığa nail olmağa həvəsləndirmək; əməyin ödənişinin uyğun gələn sistemini işləyib hazırlmaq və personalın (heyətin) mükafatlandırılması (rəğbətləndirilməsi).
Kitab birinci növbədə özünün peşəkarlıq səviyyəsini artırmaq arzusunda olan satış şöbələrinin menecerlərinə və əməkdaşlarına, həm də sahmana salınmış satışın yaxşı təşkil edilməsində fəaliyyət göstərən iri, orta və kiçik şirkətlərin rəhbərliyi üçün nəzərdə tutulmuşdu. Ondan başqa, kitab iqtisadiyyat və menecment fakültələrinin tələbələri üçün faydalı olacaqdır.