KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » İnformatika - 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik


Şeçilmişlər İnformatika - 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik

İnformatika - 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik PDF
ADI:
İnformatika - 10-cu sinif
REYTİNQ:
  • +20
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
1.33 MB
İnternet şəbəkəsində istifadəçilərə müəyyən informasiya xidməti göstərən vasitələr İnternet xidmətləri adlandırılır. Bu xidmətləri iki qrupa bölmək olar: kommunikasiya xidmətləri və informasiya xidmətləri. Ən geniş istifadə olunan kommunikasiya xidmətləri ilə tanış olaq.
Elektron poçt. Elektron poçt ən geniş yayılmış şəbəkə xidmətidir. Elektron poçtun iş prinsipi adi poçtdan istifadə etmiş hər bir kəsə intuitiv olaraq aydındır. Şəbəkənin hostkompüterini məktubların çeşidləndiyi və poçt şöbə lərinə paylandığı mərkəzi poçtamtla müqayisə etmək olar. Poçt şöbələrində hər bir abonent üçün poçt “qutusu” olur və ona ünvanlanmış göndərişlər həmin “qutuya” daxil olur. Elektron poçtun üstünlüyü onun ope rativliyində və rabitənin yüksək keyfiyyətindədir. Çatdırma sürəti, gecəgündüz iş rejimi, göndərişlərin eyni zamanda çoxsaylı adresata yollana bilməsi, alınan poçtun istifadəçi tə ləb edənədək host-kompüterdə sax lanması və çoxlu digər imkanlar elektron poçtu adi poçtdan fərq ləndirir. Müasir elektron poçt proq ramları mətn informasiyaları göndərməklə yanaşı, həm də məktublara başqa növ faylları – böyük həcmli mətn sə nəd lərini, arxiv fayllarını, şəkil, video, səs və s. olan faylları da qoşa bilir.