KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » Müasir idarəetmə sistemində innovasiyalı yanaşma (Azərbaycanın neft-qaz sənayesi timsalında)


Şeçilmişlər Müasir idarəetmə sistemində innovasiyalı yanaşma (Azərbaycanın neft-qaz sənayesi timsalında)

Müasir idarəetmə sistemində innovasiyalı yanaşma (Azərbaycanın neft-qaz sənayesi timsalında) PDF
ADI:
Müasir idarəetmə sistemində innovasiyalı yanaşma (Azərbaycanın neft-qaz sənayesi timsalında)
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
1.65 Mb
Dərs vəsaitindəAzərbaycanın neft-qaz sənayesinin idarəetmə sisteminin nəzəri-metodoloji əsaslan, mahiyyəti, strukturu və mənbələri innovasiyalı yanaşma baxımından təhlil edilmişdir. Kitab 9 fəsildən ibarətdir və elmi araşdırmalar, tədqiqatlar, analiz və sintez prosesləri 21 paraqrafda verilmişdir. Dərs vəsaitində neft-qaz sənayesinin dayanıqlı inkişafının təmin edilməsində mövcud vəziyyətin təhlili, onun texniki-iqtisadi dummunun innovasiya prinsipləri əsasında qiymətləndirilməsi və bu sahədə müasir idarəetmə strukturunun təşkil edilməsi mexanizmi araşdırılmışdır. Kitabda xüsusi əhəmiyyət kəsb edən aspektlərdən biri də Azərbaycanın müasir neft-qaz strategiyası, neft gəlirlərinin idarəetmə sisteminin təkmilləşdirilməsi və neft-qaz sənayesinin ətraf mühitə mənfi təsirinin məhdudlaşdınimasında innovasiyalı yanaşmadan istifadə edilməsi istiqamətlərinin tədqiq'edilməsidir. Dərs vəsaiti iqtisad^ yönüıplü ali , məktəb ;tə|əbələri, bakalavrları, magistrantları, doktorantlärı mçäri, eləcə dəneft-qai sənayesinin idarəetmə sistemində innovasiyalı yanaşma məsələləri ilə məşğul olan mütəxəssislər və elmi işçilər üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının suveren dövlət kimi təşəkkül tapması neft-qaz sənaye müəssisələrinin idarəetmə sistemində innovasiyalı yanaşma məsələlərinin inkişaf etdirilməsində dönüş nöqtəsinə çevrildi. Belə ki, 1994-cü ilin 20 sentyabrında tarixə «Əsrin müqaviləsi» kimi daxil olan «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərinlikdə yerləşən karbohidrogen ehtiyatlarının mənimsənilməsi üzrə Hasilatdan Pay Bölgüsü sazişi XX əsrin ən iri neft müqavilələrindən biridir. Keçən əsrin 70-80- ci illərində kəşf olunan, lakin işlənməsi müvəqqəti rentabelsiz hesab edilən nəhəng karbohidrogen ehtiyatlarına dünyanın aparıcı neft şirkətlərini cəlb edərək, hal-hazırda artmaqda olan müvafiq beynəlxalq neft-qaz müqavilələrinin sayı uzun bir siyahını özündə əks etdirir. Bu müqavilələrin reallaşdırılması üçün Azərbaycan iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulmuşdur. Neft-qaz sənayesinin idarəetmə sistemində innovasiyalı yanaşma məsələlərinin yeni reallıqlar baxımından qiymətləndirilməsi, neft-qaz sənaye sahələrində xarici təcrübənin səmərəli istifadəsinin tətbiq edilməsi, yeni neft strategiyasına konseptual yanaşılması, müasir texniki-iqtisadi durumunun idarəetmə prinsipləri əsasında qiymətləndirilməsi, bu sahənin struktur və infrastrukturunun modernləşdirilməsi, neft-qaz gəlirlərinin səmərəli idarəetmə mexanizmi, ətraf mühitin mühafizəsinə mənfi təsir sferasının məhdudlaşdırılmasında menecment texnologiyalarının tətbiq edilməsi və onun inkişafının stimullaşdırılmasının perspektiv istiqamətləri elmi-tədqiqat işinin ana xəttini təşkil edir. Məlum olduğu kimi, neft-qaz sənaye sahələrində mövcud vəziyyət ölkə iqtisadiyyatına, onun dinamik inkişafına əsaslı təsir göstərməkdədir. Belə ki, respublika iqtisadiyyatının texniki- iqtisadi inkişaf göstəricisi neft-qaz sənaye sahələri ilə qırılmaz olaraq bağlıdır. Azərbaycanın elmi-texniki, istehsal potensialının dinamik tərəqqisini hal-hazırda neft-qaz sənaye sahələriolmadan təsəvvür etmək çətindir. Məhz bu mühüm məntiqi meyar Azərbaycanın dövlət müstəqilliyinin, milli və sosial-iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində neft-qaz sənayesi sahələrinin bazar münasibətləri əsasında yenidən qurulmasını, onun dirçəlişinin, davamlı inkişafının təmin edilməsini obyektiv zərurətə çevirir. Buna görə də, kitabda bazar iqtisadiyyatı şəraitində neft-qaz sənayesinin idarəetmə sistemində innovasiyalı yanaşma məsələləri ön plana çəkilir. Dərs vəsaiti müxtəlif nəzəri və praktiki məsələlərlə zəngin olduğuna görə çox maraqlı və oxunaqlıdır, lakin nöqsansız da deyildir. Müəllif dərs vəsaitilə əlaqədar ona ünvanlanacaq hər hansı arzu, rəy və təklifə görə hər bir oxucuya əvvəlcədən öz minnətdarlığını bildirir.