KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » Verilənlər Bazası Delphi


Şeçilmişlər Verilənlər Bazası Delphi

Verilənlər Bazası Delphi PDF
ADI:
VERİLƏNLƏR BAZASI (3-cü hissə -DELPHİ)
REYTİNQ:
  • +66
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
5.64 Mb
Delphi klassik mənada başa düşülən VBİS deyildir. VBİS–lər içərisində Delphi–nin rolu nisbətən fərqlidir. Delphi Windows sistemi üçün Object Pascal dili əsasında güclü proqramlaşdırma sistemidir və o, həm də VB–ni dəstəkləyən vasitələrə malikdir. Delphi–nin istifadə edilməsinin əsas istiqaməti müstəqil (köçürülə bilən), həm lokal həm də, kliyent–server mühitində uzaq məsafədə yerləşən bazalarla işləyən əlavələrin və paylanmış informasiya sistemlərinin yaradılmasıdır. Bu sahədə Delphi–nin yaxın analoqları və həm də rəqibləri kimi Clarion, C++ Builder, Power Builder, xüsusi halda, Visual Basic dillərini göstərmək olar. Ümumiyyətlə, Delphi, istifadəçilərin deyil, proqramçıların alətidir.  Baxmayaraq ki, Delphi–nin özünün xüsusi cədvəl formatı yoxdur, bir neçə formatı, o cümlədən, həm lokal (məsələn, dBase və Paradox), həm də sənaye (məsələn, Sybase və InterBase) VBİS–lərini öz formatı kimi dəstəkləyir. dBase cədvəlləri fərdi kompyuterlərdə istifadə edilən ilk VB formatlarından biridir, onunla ya birbaşa, ya da bu mümkün olmadıqda verilənləri bu formatda idxal–ixrac etməklə, bir sıra VBİS–lər qarşılıqlı əlaqədə ola bilir. Hətta, bəzi düzəlişlərlə olsa da, onları elektron cədvəllərdə, məsələn, Excel–də istifadə etmək mümkündür. dBase cədvəlləri kifayət qədər sadədir. Disklərdə onları yadda saxlamaq üçün az fayllar tələb olunur. Bu faylların adları aşağıdakı genişlənmiş hissələrdən ibarət olur:  dbf – verilənlərdən ibarət əsas cədvəl;  dbt – böyük yaddaş tələb edən ikilik obyektlər verilənləri (Binary Large Object – BLOB); bunlara MEMO və OLE–sahələr aiddir.   mdx – indeks faylları;  ndx – birbaşa dBase formatı ilə dəstəklənməyən indeks faylları. Beləliklə, dBase cədvəllərinin əsas üstünlükləri bunlardır:  istifadəsinin sadəliyi;  bir sıra VBİS–lərlə uyğunlaşa bilməsi. Delphi–nin dəstəklədiyi digər format Paradox bir az sonra meydana gəldi. Paradox lokal VB yaratmaq üçün kifayət qədər inkişaf etmiş və rahat cədvəllərdən ibarətdir. Paradox cədvəllərinin əsas üstünlükləri aşağıdakılardır:  sahə adlarında praktiki olaraq bütün simvolların istifadə edilə bilməsi (habelə adlarda dBase –də olduğu kimi 10–a qədər yox, 25–ə qədər simvolun istifadə edilməsi).  verilənləri təsvir etmək üçün çoxlu müxtəlif sahə tiplərinin mövcudluğu;  verilənlərin tamlığının dəstəklənməsi;  daxil edilən verilənlərin yoxlanılmasının mümkünlüyü;  cədvəllərin şifrə ilə mühafizə olunması və verilənlərə müdaxilə hüququnun müəyyənləşdirilməsi. Paradox cədvəlləri ilə işi növbəti bölmələrdə ətraflı öyrənəcəyik. Yuxarıda qeyd etdik ki, Delphi–nin özünün məxsusi cədvəl formatı yoxdur, lakin elə vasitələrə malikdir ki, çoxlu xarici formatlarla işləməyə imkan verir.  Delphi tərəfindən dəstəklənən server verilənlər bazalarına aşağıdakıları aid etmək olar:  DB2;  Informix;  InterBase;  Microsoft SQL Server;  Oracle;  Sybase. Delphi tərəfindən dəstəklənən lokal verilənlər bazasına isə aşağıdakılar daxildir:  Microsoft Access;  dBase;  FoxPro;  Paradox.