Monoqrafiya kompüter dilçiliyinin nəzəri və təcrübi məsələlərinə həsr olunmuşdur. İlk dəfə olaraq kompüter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti, istiqamətləri və sahələri haqqında məlumat verilir, Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri olan statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik təhlil sistemləri hərtərəfli şərh olunur.
Monoqrafiya nəzəri və tətbiqi dilçiliyin aktual problemləri və ən yeni sahələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.