Başlığımızda SHELL-lə işləmə qaydaları, istifadəçiyə hansısa bir shell-in təyin edilməsi və hər shell mühitinə aid olan xüsusiyyətlərin açıqlanmasından danışılır. Hər bir SHELL mühitinə xas olan terminalda asan istifadə etmək üçün qısa əmr ardıcıllıqları mövcud olur və bu başlıqda onlar açıqlanır. Müəyyən vaxt aralığında hansısa bir işin görülməsi üçün planlayıcının iş prinsipi barədə məlumat verilir. İstifadəçi və qrupların idarə edilməsi nəzərdən keçirilir. Bütün UNİX/Linuxəməliyyat sistemlərində olan vi tekst redaktoru açıqlanır. Diskin bölüşdürülməsi strukturu, fayl sistemin yoxlanılması və proqram təminatı vasitəsilə raidlərin qurulması barədə danışılır. Həmçinin disklərin fərqli üsullarla şifrələnməsi açıqlanır.