Təqdim olunan dərs vəsaitində üzvi kimyada çox istifadə olunan fiziki üsullar: UB-, İQ-, NMR və kütlə spektroskopiyaları və bəzi sinif üzvi birləşmələrin spektrlərinin səciyyəvi xüsusiyyətləri verilmişdir. Vəsait universitetlərin kimya fakültələrinin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Kitabdan, həmçinin üzvi kimyanı ixtisas seçən magistrlər və bu sahədə işləyən tədqiqatçılar da istifadə edə bilərlər.