Kitabda qida sistemlərinin kimyəvi tərkibi, onun hərtərəfli öyrənilməsi və təhlükəsizliyi məsələləri müzakirə edilir. Texnoloji emal zamanı makro və mikronutrientlərin əsas çevrilmələri, həmçinin, fraksiyala şmış və modifıkasiya olunmuş qida məhsullarının xassələri öyrənilir, kitabda qida və bioloji aktiv əlavələr, qida məhsullarının təhlükəsizliyinə dair tibbi-bioloji nəzarətin gücləndirilməsi, rasional qidalanmanın əsas prinsiplərinə geniş yer verilir.
Dərslik qida sistemi, onun emalı, qida məhsullarının sertifikasiyasi və standartlaşması sahəsində işləyən ixtisasçılar və ali məktəb tələbələri üçün çox faydalı ola bilər.