KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » Dövlət Büdcəsi


Şeçilmişlər Dövlət Büdcəsi

Dövlət Büdcəsi PDF
ADI:
Dövlət Büdcəsi
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2006
ÖLÇÜSÜ:
1.61 Mb
Kitabda dövlət büdcəsinin qanunvericilik bazası, büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu və büdcədə payı təhlil olunmuş, büdcə xərclərinin iqtisadiyyatın sahələri ilə bağlılığı, büdcə kəsirinin daxili və xarici maliyyələşdirmə mənbələri göstərilmişdir. Həmçinin, sonda istifadə olunan əsas anlayışların terminoloji izahı verilmiş, istifadə olunan ədəbiyyat, hüquqi- normativ aktların siyahısı təqdim edilmişdir. Kitab iqtisadçı alimlər, tədqiqatçılar, mütəxəssislər, bu sahədə təhsil alan tələbələr və dövlət büdcəsi haqqında biliklərə yiyələnmək istəyənlər üçün nəzərdə tutulmuşdur.
Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlann mühüm istiqaməti ölkə iqtisadiyyatının fıskal siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etiban ilə sosial ədalətin bərpasına yönəldiyi üçün ölkədə apanlan büdcə (o cümlədən, vergi) siyasətini və onun son illərdə apanlan islahatlarda rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir. Bu məsələnin həllinə yönəlmiş təqdim edilən kitabda dövlət büdcəsi dövlət maliyyəsinin tərkib hissəsi olmaqla bir maliyyə planı kimi təhlil olunur. “Azərbaycan Respublikasında büdcə prosedurları'’ adlanan birinci fəsildə dövlət büdcəsinin qanunvericilik bazası təhlil edilir. Büdcə proseslərinin bütün mərhələləri üzrə dövlət strukturlannm rolu açıqlanır. İkinci fəsil “Dövlət büdcəsinin gəlirləri” adlanır. Dövlət büdcəsinin gəlirlərinin təsnifatı verilir, o cümlədən dövlət vergiləri, qrantlar və büdcə gəlirlərini formalaşdıran digər daxilolmaların strukturu və büdcədə payı təhlil olunur. “Dövlət büdcəsinin xərcləri” fəslində büdcə məxaricinin maddələri büdcə təsnifatına uyğun təsnifləşdirilir. Təsnifatın funksional xərclər üzrə təhlili verilir. Büdcə xərclərinin iqtisadiyyatın sahələri ilə bağlılığı, büdcə kəsirinin daxili və xarici maliyyələşdirmə mənbələri göstərilir.
Ümumiyyətlə, kitabın yazılmasında son dörd ilin dövlət büdcəsinin icrası haqqında qanunların statistikası əsas götürülmüşdür ki, bu da büdcə və vergi qanunvericiliyinin məhz 2001-ci ildən hazırkı dövrə qədər əhəmiyyətli şəkildə təkmilləşdirilməsi ilə bağlıdır. Sonda istifadə olunan əsas anlayışlann terminoloji izahı verilmiş, istifadə olunan ədəbiyyat, hüquqi-normativ aktların siyahısı təqdim edilmişdir.