Azərbaycanda mühasibat uçotu və hesabatı bu sahədə olan beynəlxalq prin¬siplərə və standartlara uyğun yenidən qurulur və inkişaf etdirilir. Belə ki, ölkənin ictimai əhəmiyyət kəsb edən qurumları mühasibat uçotu və hesabatlarını artıq maliyyə hesabatının beynəlxalq standartları (MHBS) əsasında aparır. Qalan bütün 'kommersiya təşkilatları üçün isə milli mühasibat uçotu standartları (MMUS) hazır¬lanmış və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. MMUS-ların özləri də MHBS əsasında işlənib hazırlanmışdır. Ancaq sirr deyildir ki, MHBS-in nəzəri-me-todoloji prinsiplərini, qaydalarını ölkəmizin uçot və hesabat sahəsində çalışan mü¬təxəssisləri real praktikada tətbiq etməkdə çətinlik çəkirlər. Bu kitab, məhz peşəkar mütəxəssislərə həmin standartların məzmununu açıqlayır, onların praktikada tətbiqi qaydalarını öyrədir.