KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » VERGİ SİYASƏTİNİN KONSEPTUAL ƏSASLARI VƏ PRAKTİKİ ASPEKTLƏRİ


Şeçilmişlər VERGİ SİYASƏTİNİN KONSEPTUAL ƏSASLARI VƏ PRAKTİKİ ASPEKTLƏRİ

VERGİ SİYASƏTİNİN KONSEPTUAL ƏSASLARI VƏ PRAKTİKİ ASPEKTLƏRİ PDF
ADI:
Vergi Siyasətinin Konseptual Əsasları Və Praktiki Aspektləri
REYTİNQ:
  • +5
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
9 MB
Vergi siyasətinə həsr olunan bu tədqiqat əsas etibarilə inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətinin tətbiqi təhlili və qiymətləndirilməsi ilə məşğul olan iqtisadçılar üçün nəzərdə tutulmuşdur və onlar vergi siyasəti sahəsində ümumi anlayışlar, prinsiplər və daha geniş yayılmış əsas problemlərin kompleks icmalından faydalana bilərlər. Tədqiqatda vergi siyasətinin nəzəri əsasları və praktiki əhəmiyyəti nəzərə alınmaqla seçilən mühüm problemlər sistemli şəkildə təqdim olunmuşdur. Oxucu həmçinin vergi siyasəti üzrə nəzəri ədəbiyyatın ayrı-ayrı yeni nailiyyətləri ilə tanış olmaq imkanını əldə edəcəkdir. Tədqiqatın əsas vəzifəsi vergitııtma məsələləri üzrə geniş və müxtəlif səpkili materialların dərslik formasında təqdimatı deyil, ayrı-ayrı nəzəri kateqoriyaların aydınlaşdırılması, dəqiqləşdirilməsi və ümumiləşdi-rilməsindən ibarətdir. Xüsusilə də, izahının adi mənbələrdə aydınlaşdırılması çətin olan müxtəlif problemlərin həllinə yaxınlaşmağa cəhd edilmişdir.
Tədqiqatda praktik iqtisadçılar tərəfindən vergi siyasəti məsələləri üzrə real tövsiyələrin təqdim edilməsi tələb olunan hallarda vergitııtma prinsiplərinin tətbiqi istifadəsinə əhəmiyyətli diqqət yetirilmişdir. Mövzular onların nəzəri qarşılıqlı əlaqəsi formasında deyil, müvafiq problemlərin yarana bilməsi qaydasında qruplaşdırılmış-dır. Materillar elə formada təqdim olunmuşdur ki, praktik iqtisadçılar tərəfindən məlumat kitabçası kimi də istifadə üçün əlverişli ola bilər. Müəllif ümid edir ki, oxucular bu əsərdən faydalı əlavə informasiya əldə edə biləcəklər və bu. onlan vergi siyasəti məsələləri üzrə müzakirəyə hazırlayacaqdır.
Tədqiqatdan həmçinin iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər, elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar və magistrlər istifadə edə bilərlər.