Bazar iqtisadiyyatına keçidlə əlaqədar MDB məkanına daxil olan ölkələrdə olduğu kimi, Azərbaycanda da investisiya problemləri ciddi olaraq qarşıya çıxdı. İqtisadi əlaqələr kəsilmiş, sənaye sahələri iflic olmuş, ölkə iqtisadiyyatı tənəzzülə uğRamışdır. Bu illərdə düzgün siyasət nəticəsində neft strategiyası hazırlanaraq «Əsrin müqaviləsi» imzalandı və ölkəyə xarici investisiya axınına yol açıldı. Sonrakı illərdə özəlləşmə prosesinin genişlənməsi, sahibkarlara dövlət qayğısının artması nəticəsində xüsusi investisiyanın rolu artmaqda davam edir. Yeni investisiya mənbələri cəlb etmək məqsədilə qiymətli kağızlar bazarının inkişafı, lizinq xidmətinin genişləndirilməsi, ipoteka kreditinin güzəştli şərtlərlə verilməsini, xarici maliyyə-kredit təşkilatları ilə əlaqələrin genişləndirilməsi və digər məsələlər ətraflı təhlil edilmişdir.
Dərslik «Maliyyə-kredit» ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alanlar, aspirantlar və digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur.