KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » BANK FƏALİYYƏTİNİN ƏSASLARI


Şeçilmişlər BANK FƏALİYYƏTİNİN ƏSASLARI

BANK FƏALİYYƏTİNİN ƏSASLARI PDF
ADI:
BANK FƏALİYYƏTİNİN ƏSASLARI
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.81 MB
Bank fəaliyyətinin əsasları (Elmi-nəzəri və praktiki məlumat nəşri) kitabında beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə-bank industriyasının müasir vəziyyəti və perspektivləri haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır.
Kitabın metodoloji və nəzəri əsası iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən Qanunlar və Azərbaycan Respublikası Mərkəzi Bankın bankların fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədqiqat zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının elmi-tədqiqat nəşrlərindən istifadə olunmuşdur.
Əldə edilmiş nəticələr Azərbaycan maliyyə və bankçılıq iqtisad elmində ilk icmal məlumat əsəridir. Kitabın içində olan mövzuların hazırlanması prosesində xarici təcrübədən istifadə olunmuş və anlayışların izahlı şərhi müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verilir.
Kitab Azərbaycan ali məktəblərində «maliyyə və bankçılıq» ixtisası üzrə tədris planına daxil edilmiş «bank işi» kurslarının tədrisində istifadəsi məqsədəuyğundur.
Kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçılıq məsələri ilə əlaqədar məşğul olan mütəxəssislər, ekspertlər və «Maliyyə» ixtisası üzrə tədris edən müəllimlər, təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə tutulan elmi nəzəri və praktiki nəşrdir.